SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Vergi borcları və bank hesabları: Sərəncam mexanizmi necə işləyir? - VİDEO

Vergi borcları və bank hesabları: Sərəncam mexanizmi necə işləyir? - VİDEO

  • 20 aprel 2026, 22:48

Dövlət büdcəsinin formalaşmasında və iqtisadi sabitliyin qorunmasında vergi daxilolmaları mühüm rol oynayır. Lakin vergi ödəyicilərinin müxtəlif səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirməməsi vergi borclarının yaranmasına səbəb olur. Bu kimi hallarda vergi orqanlarının hansı addımları atdığı, bank hesablarına tətbiq olunan sərəncamların mahiyyəti və məsuliyyətin hansı mərhələdə yarandığı isə vergi ödəyicilərini ən çox maraqlandıran məsələlərdəndir.

Yurd.Media xəbər verir ki, hüquqşünas Şulan Nağıyev "ATV Xəbər"ə bildirib ki, borc ödənilmədikdə ilk addım bank hesablarına sərəncam qoyulmasıdır.

Hüquqşünas sərəncamların iki əsas növünü izah edib:

İcra olunmalı sərəncam: Vergi ödəyicisinin bank hesabında olan vəsaitdən vergi borcunun və onun 105 faizi həcmində vəsaitin silinərək büdcəyə köçürülməsidir. Bu addım vergi ödəyicisinin razılığı olduqda və ya borcun 30 gün ərzində məhkəmədə mübahisələndirilmədiyi təqdirdə icra olunur.

Dondurulmalı sərəncam: Vergi ödəyicisi 30 gün ərzində borcu məhkəməyə şikayət edərsə və ya yazılı razılığı olmazsa, vəsait yalnız dondurulur (silinmir).

Sərəncamlar ödəyicinin bütün bank hesablarına göndərilir və borc ödənildikdən sonra aradan qaldırılır. Əgər bu tədbirlər borcun ödənilməsinə kifayət etməzsə, qanunvericilikdə nəzərdə tutulan digər məcburi tədbirlərə əl atılır.

Vergi ödəyicilərinin inzibati qərarlardan narazı qaldıqları təqdirdə, 30 gün müddətində məhkəməyə müraciət etmək hüquqları var. Lakin öhdəliklərdən yayınma halları daha ağır nəticələrə yol aça bilər. Şulan Nağıyev vurğulayır ki, cinayət məsuliyyəti yarandıqda vergi ödəyicilərini müxtəlif məbləğlərdə cərimələr, ən ağır hallarda isə beş ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Vergi borcları və bank hesabları: Sərəncam mexanizmi necə işləyir? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları