SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Türkiyədən gələn geyim məhsulları AZALDI - SƏBƏB

Türkiyədən gələn geyim məhsulları AZALDI - SƏBƏB

Türkiyə Ticarət Nazirliyinin 2025-ci ilin aprel ayına dair açıqladığı statistik məlumatlara əsasən, bu ölkədən Azərbaycana hazır geyim məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% azalıb.

Yurd.Media xəbər verir ki, 2025-ci ilin aprel ayında Azərbaycana cəmi 2 milyon 950 min 455 ABŞ dolları dəyərində geyim məhsulu göndərilib.

İqtisadçı Rəşad Həsənov "Xəzər Xəbər"-ə verdiyi açıqlamada bildirib ki, lirənin məzənnəsində sabitliyin olmaması, daxili bazarda tələbin azalması və ixracatçıların alternativ bazarlara yönəlməsi bu azalmada əsas rol oynayıb.

"Son iki ildə onlayn ticarətin təşkili ilə bağlı müəyyən addımlar atılıb. Azərbaycanda siyasi təmsilçiliyi olan bəzi xarici şirkətlərin məhsullarının onlayn platformalar vasitəsilə ölkəyə idxalına tətbiq edilən məhdudiyyətlər, paralel idxalçı şirkətlər üçün yeni tənzimləmələr formalaşdırılıb. Bu isə alıcılar üçün cəlbedici alış-veriş mühitinin zəifləməsinə səbəb olub", - deyə R. Həsənov bildirib.

İqtisadçının fikrincə, bazar trendləri də bu dəyişiklikdə mühüm rol oynayıb. Belə ki, Çindən məhsul gətirən və bu bazara fokuslanan onlayn ticarət platformalarının artması alıcıların seçimlərinə təsir göstərib. Qiymət və çeşid baxımından daha əlverişli olan Çin platformalarının populyarlaşması nəticəsində Türkiyə məhsullarına olan tələbat azalıb.

Ekspertin sözlərinə görə, artıq Çin bazarının sürətlə böyüməsi müşahidə olunur ki, bu da Türkiyə bazarı üçün əlavə çağırışlar yaradıb.

Qeyd edək ki, son 12 ay ərzində Türkiyədən Azərbaycana ümumilikdə 17 milyon 569 min 420 dollar dəyərində hazır geyim ixrac olunub.