Azərbaycanda "SOCAR Əşrəfi-Dan Ulduzu Aypara"və "SOCAR Quba-Xəzəryanı" MMC-lər dövlət qeydiyyatına alınıb.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
Məlumata əsasən, yeni şirkətlər Dövlət Neft Şirkətinin (SOCAR) yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib.
Onların nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi Ağatağıyev Elnur Dövlət oğludur.