Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl portfelini azaldır.
Fonddan Yurd.Media-ya bildirilib ki, bu ilin I rübündə ARDNF 21,9 ton qızıl satıb və qızıl ehtiyatlarını 178,1 tona endirib.
Məlumata görə, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6 % olub ki, bu da 1 il əvvələ nisbətən 9,8 faiz bəndi azdır.
Ümumilikdə 2026-cı il martın 31-nə Neft Fondunun aktivləri 73,5 milyard ABŞ dolları (125 milyard manat) təşkil edib.
2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyon 180 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 milyon 803,1 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 milyon 376,8 milyon manat təşkil edib, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 milyon 117,9 milyon manat olub.
Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyon 223,5 milyon manat təşkil edib.