Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 4 702 milyon manat vəsait köçürüb.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilolmalar isə 1 410,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 1,4% azdır.