SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirlərində AZALMA

SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirlərində AZALMA

  • 03 iyun 2026, 09:14

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Polymer” MMC 90,3 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,45% çoxdur.

Hesabat dövründə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 65,2% azalaraq 49 milyon dollar, Qaz İxrac İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 71,75% azalaraq 7,6 milyon dollar olub.

4 ay ərzində SOCAR-a məxsus “SOCAR Cape” MMC isə 430 min dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib. 1 il bundan əvvəl bu şirkətin ixracı olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları