SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Beynəlxalq reytinq agentliyindən Azərbaycanın ÜDM-i ilə bağlı PROQNOZ

Beynəlxalq reytinq agentliyindən Azərbaycanın ÜDM-i ilə bağlı PROQNOZ

  • 06 iyun 2026, 09:02

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli emitent defolt reytinqlərini (IDR) "BBB-" səviyyəsində, sabit proqnozla təsdiqləyib.

Yurd.Media xəbər verir ki, Azərbaycanın ölkə tavanı uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqindən (BBB-) bir pillə yuxarı olan "BBB" səviyyəsində müəyyən edilib.

Azərbaycanın reytinqləri ölkənin çox güclü xarici mövqeyi, digər ölkələr arasında ən aşağı dövlət borc səviyyəsi və ölkənin əhəmiyyətli suveren sərvət fondu aktivləri ilə təmin edilən yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

"Yaxın Şərq münaqişəsinin yaratdığı yüksək neft qiymətləri neft və qaz gəlirlərini artıracaq və bu da 2026-cı ildə suveren valyuta aktivlərinin 93 milyard ABŞ dollarına (və ya proqnozlaşdırılan ÜDM-in 117%-i) qədər artmasına səbəb olacaq. Bu məbləğin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarında saxlanılacaq. Xalis suveren xarici aktivlər ÜDM-in 73%-nə çatacaq ki, bu da "BBB" kateqoriyasında reytinq alan ölkələr arasında ən yüksək göstəricidir", - deyə məlumatda qeyd olunub.

"Fitch" vurğulayıb ki, neftin daha yüksək qiymətləri və orta idxal tələbi cari hesab profisitinin 2025-ci ildə ÜDM-in 4,6%-i ilə müqayisədə 2026-cı ildə ÜDM-in 9%-nə qədər artmasına imkan verəcək.

2027-ci ildə neft və qaz qiymətlərində gözlənilən eniş cari hesab profisitinin daralmasına səbəb olacaq, lakin bu, çox güman ki, analoji ölkələrin profisitindən yüksək qalacaq və mülayim tempdə olsa da, valyuta aktivlərinin daha da yığılmasını dəstəkləməyə davam edəcək.

"2026-cı ildə ÜDM-in proqnozlaşdırılan 5,6%-nə yüksəldikdən sonra, neft qiymətlərinin aşağı düşməsi, qeyri-neft gəlirlərində orta artım və nisbətən sabit xərclər, həmçinin hökumətin müdafiəyə və azad edilmiş ərazilərin yenidən qurulmasına prioritet verməyə davam etdiyi üçün konsolidasiya edilmiş büdcə profisitinin 2027-ci ildə azalacağını gözləyirik", - deyə xəbərdə vurğulanıb.//Report

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları