SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ

  • 01 iyun 2026, 11:58

Azərbaycan Prezidenti Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi inşası ilə bağlı bəyanat verib.

"Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq".

Yurd.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib:

“Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

Skat.az - Ev və Avtomobil elanları