SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakıda ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

Bakıda ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək

  • 31 may 2026, 20:18

Bakıda ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Bildirilib ki, tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur məsələlərinə dair əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları