2023-cü il noyabrın 9-dan qüvvəyə minmiş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən, Azərbaycan Mərkəzi Bankından müvafiq lisenziya almış ödəniş bazarı iştirakçıları illik maliyyə hesabatlarını auditdən keçirməli, daha sonra ictimaiyyətə açıqlamalıdırlar.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
O vurğulayıb ki, bununla belə, həm elektron pul, həm də ödəniş təşkilatları hesabatlılığa əməl etmirlər:
"Onlar internet səhifələrində hesabatlarını yerləşdirməyiblər. İndiyə qədər yeganə istisna Hesab.az əmtəə nişanının sahibi olan "GoldenPay" MMC idi. Bu şirkət də yeni qanunun tətbiqinə başlanıldıqdan sonra maliyyə hesabatı verməyib. Onun saytında sonuncu dəfə 2023-cü ilin hesabatı açıqlanıb”, - deyə o qeyd edib.