Bu ilin yanvar-aprel aylarında Azərbaycan 210 ədəd xüsusi təyinatlı avtomobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.
Son 1 ildə xüsusi təyinatlı avtomobillərin idxalına çəkilən xərc isə 41,8% artaraq 27,1 milyon ABŞ dolları təşkil edib.