Bu ilin yanvar-mart aylarında Azərbaycanda 280 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi (avtobus) gətirilib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Ötən 3 ayda avtobus idxalına 51 milyon ABŞ dolları xərclənib ki, bu da 1 il əvvələ nisbətən 5,4 dəfə çoxdur.