Bu ilin I rübündə Azərbaycanda 17 828 xarici ticarət iştirakçısı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,75% azdır.
Xarici ticarət iştirakçılarının 10 577-si fiziki şəxslər, 7 251-i isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 39,8% az və 1,85% çoxdur.