SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycan Çinə toyuq və balıq əti ixrac edəcək

Azərbaycan Çinə toyuq və balıq əti ixrac edəcək

  • 12 iyun 2026, 11:43

Azərbaycan Çinə toyuq və balıq əti ixrac edəcək. 

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Azərbaycandakı quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas yaradılıb.

AQTA sədri Qoşqar Təhməzli Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edib.

İki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri Sun Meycun imzalayıb.

İmzalanan Protokollar Çinə vəhşi su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərini, Çinə yetişdirilmə (akvakultura) su mühiti məhsullarının ixracı üzrə inspeksiya və karantin tələblərini, Çinə quş ətinin ixracı üzrə inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərini əhatə edib.

İmzalanan sənədlər quş əti və digər quşçuluq məhsullarının, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verərək yerli məhsulların ixracında maraqlı olan sahibkarlar üçün də yeni imkanlar açır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları