SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 30%-ə yaxın azalıb

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 30%-ə yaxın azalıb

  • 11 iyun 2026, 09:31

Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon manat və yaxud 29,3% azdır.

Bundan başqa, 5 ay ərzində büdcəyə sair daxilolmalar 352,4 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 38,2% çoxdur.

Hesabat dövründə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnozdan 27,2% az, sair daxilolmalar isə 2,8 dəfə çox icra edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları