Bu ilin I rübündə Azərbaycan Gürcüstana 120,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7% çoxdur.
Gürcüstana qeyri-neft-qaz ixracı ölkə üzrə ümumi göstəricidə 20,8% paya malik olub.