SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirləri azalıb

SOCAR-ın idarələrinin qeyri-neft-qaz ixracı gəlirləri azalıb

  • 01 may 2026, 10:43

Bu ilin I rübündə Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Polymer” MMC 57 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib. 

Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azdır. 

Hesabat dövründə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri 3 dəfə azalaraq 35,3 milyon dollar, Qaz İxrac İdarəsinin qeyri-neft-qaz ixracı gəlirləri isə 8,2 dəfə azalaraq 2,8 milyon dollar olub. 

Yanvar-mart aylarında SOCAR-a məxsus “SOCAR Cape” MMC isə 430 min dollarlıq qeyri-neft-qaz məhsullar ixrac edib. 1 il bundan əvvəl bu şirkətin ixracı olmayıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları