Bakının Qaradağ rayonundakı Ələt Azad İqtisadi Zonasında inşa olunan hava limanında yükdaşıma fəaliyyəti göstərmək üçün yeni şirkət yaradılıb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycanda yükdaşıma ilə məşğul olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin illik idarəetmə hesabatında bildirilir.
Sənədə əsasən, aviaşirkət təkbaşına “Silk Way Afezco” MMC adlı yeni kommersiya qurumu yaradıb.
Xatırladaq ki, Ələt Beynəlxalq Hava Limanı 750 hektar ərazini əhatə edəcək. Ondan həm də sərnişindaşıma üçün də istifadə olunacaq.