SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Problemli kreditlər çoxalır  - Fəsadları nə olacaq? - VİDEO

Problemli kreditlər çoxalır - Fəsadları nə olacaq? - VİDEO

  • 28 dekabr 2025, 21:14

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir.

Yurd.Media xəbər verir ki, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.

İqtisadçı ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə bildirilib ki, bu ilin yay aylarınadək bankların kredit şərtlərini nisbətən sadələşdirməsi və faiz dərəcələrinin artması problemli kreditlərin həcminə təsir göstərib.

İpoteka kreditləri üzrə problemli kreditlərin həcmində isə bu il azalma qeydə alınıb. Belə ki, ilin əvvəlində ipoteka kreditləri üzrə qeyri-işlək borcların həcmi 34 milyon manat olduğu halda, ötən ayın əvvəlində bu göstərici 32.1 milyon manata enib. Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artım göstərib.

Xalid Kərimlinin fikrincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları