Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Yurd.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.
Belə ki, Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib. Buna qədər onlar 2410 manat maaş alırdılar.