Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” təşkilati-hüquqi formasını publik hüquqi şəxsdən MMC-yə dəyişərək yenidən dövlət qeydiyyatına alınıb.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
Məlumata əsasən, şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Atatürk küçəsi, 1, nizamnamə kapitalı 3 643 942 manat, qanuni təmsilçisi isə Sevinc Hüseyn qızı Rzayevadır.
Xatırladaq ki, “Naxçıvanpoçt”un yeni təşkilati-hüquqi formaya keçməsi ilə bağlı bu il avqustun 8-də Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.