SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Məhkəmə “Rabitəbank”ın öz müştərisinə ölkədən çıxışa Stop qoyulması tələbini təmin etmədi

Məhkəmə “Rabitəbank”ın öz müştərisinə ölkədən çıxışa "Stop" qoyulması tələbini təmin etmədi

  • 22 dekabr 2025, 12:57

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə borclu şəxs arasında məhkəmə çəkişməsi davam edir.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi hələ 2017-ci ildə borclu şəxsdən 31 866 dolların tutularaq tələbkar “Rabitə Bank” ASC-yə ödənilməsi, ipoteka yüklü borcluya məxsus "Hyundai Genesis" minik markalı avtomobilə yönəldilməsi və açıq hərracda satılması qərarı vermişdi.

Məhkəmə qərarını icraat zamanı sözügedən icra üsulu dəyişdirilib və borclunun əmək haqqından tutulmaqla ödənilməsi qərara alınıb. Borc məbləği borclunun əmək haqqına yönəldilib, lakin işdən azad edildiyindən qərar icra edilməyib.

Belədə “Rabitəbank” qalan 11 322 dollar borc məbləğinin qaldığını, bu səbəbdən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edib. Lakin Nizami Rayon Məhkəməsi bankın bu təqdimatını təmin etməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları