Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 65,9 milyon ABŞ dolları dəyərində 93,9 min ton alma ixrac edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 23,85% və 11,3% çoxdur.
11 ay ərzində alma ixracından əldə olunan gəlir ixrac gəlirlərində 0,3%, qeyri-neft-qaz ixracı gəlirlərində isə 2% paya malik olub.