SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Prezident İlham Əliyev neft qiymətlərinin artımını şərh etdi

Prezident İlham Əliyev neft qiymətlərinin artımını şərh etdi

  • 12 mart 2026, 12:48

"Biz neft və qazın qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir.

Yurd.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

"Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq", - dövlət başçısı qeyd edib.

Eyni zamanda İlham Əıiyev vurğulayıb ki, Azərbaycan neft və qaz satışından əldə etdiyi gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldir.

Onun sözlərinə görə, bu gün əsas mövzulardan biri nəqliyyat bağlantısıdır: "Münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına gətirib çıxarır ki, bu da iqtisadiyyat və qlobal təchizat zəncirləri üçün ciddi problemlər yaradır. Bununla əlaqədar olaraq Azərbaycan neft və qaz satışından əldə etdiyi gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldir", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bu gün ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində əvəzolunmaz tərəfdaşdır, eləcə də Orta Dəhlizin inkişafında fəal şəkildə iştirak edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları