SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan nefti bir gündə 10 dollar bahalaşdı

Azərbaycan nefti bir gündə 10 dollar bahalaşdı

  • 13 mart 2026, 09:37

Azərbaycan nefti ötən gün ərzində 10 dollar bahalaşdı.

Yurd.Media xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dolları təşkil edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları