SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanın qeyri-neft-qaz ixracı 2 dəfə sürətlənib

Azərbaycanın qeyri-neft-qaz ixracı 2 dəfə sürətlənib

  • 12 mart 2026, 12:12

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2026-cı ilin yanvar-fevral aylarında ölkənin qeyri-neft-qaz ixracı ilə bağlı ilkin rəqəmləri açıqlayıb.

Yurd.Media xəbər verir ki, məlumata əsasən, 2 ayda Azərbaycandan 581 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

Xatırladaq ki, yanvarda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon dollar təşkil edib.

Beləliklə, qeyri-neft-qaz ixracı təxminən 2 dəfə sürətlənib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları