Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Qaxbaş kəndində yerləşən “Unikal” MMC-nin mineral su istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Yurd.Media xəbər verir ki, müəssisənin Qaxbaş kəndində fəaliyyət göstərən müasir su sexi yüksək keyfiyyətli mineral süfrə suyu istehsalı üzrə ixtisaslaşıb.
Hazırda istehsal sahəsi “Maximus” MMC tərəfindən icarə əsasında idarə olunur və burada istehsal edilən “Aqualife” brendli mineral sular ölkənin müxtəlif bölgələrinə paylanılır. Müəssisənin gündəlik istehsal gücü mövsüm dövründə 120 dekalitr təşkil edir.
Müasir standartlara uyğun təşkil olunmuş istehsalat prosesində hazırda 11 nəfər işçi çalışır. Qeyd olunub ki, bu cür müəssisələrin fəaliyyəti regionda yerli brendlərin güclənməsinə, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə, sahibkarlığın inkişafına və daxili istehsalın artırılmasına mühüm töhfə verir.
Qeyd edək ki, Elvin Paşayev bu həftə “Qax Mineral Su-İlham” firmasının da fəaliyyəti ilə tanış olmuşdu.