“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş hesabata əsasən, səhmdar cəmiyyət ötən il 1 819,5 milyon manat zərər edib.
Bu, əvvəlki illə müqayisədə 18 dəfə çoxdur.
Bu ilin əvvəlinə ADY ötən ilin əvvəlinə nisbətən 25,2% az - 4 464,6 milyon manat aktivlərə malik olub. Səhmdar cəmiyyətinin öhdəlikləri 1 174,5 milyon manat (57% az), balans kapitalı isə (1,6% çox), o cümlədən nizamnamə kapitalı 1 996,1 milyon manat (dəyişməyib) olub.