Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “Qax Mineral Su-İlham” firmasının fəaliyyəti ilə tanış olub.
Yurd.Media xəbər verir ki, rayonun Süskənd kəndi ərazisində yerləşən firmaya baş çəkən icra başçısı müəssisənin istehsalat prosesi və mövcud iş şəraiti ilə yaxından tanış olub.
Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayan müəssisə daxili bazarın keyfiyyətli mineral sularla təmin olunmasında əhəmiyyətli paya malikdir. Hazırda firmada 16 nəfər daimi, 43 nəfər isə mövsümi işçi çalışır ki, bu da kənd yerlərində məşğulluğun artırılmasına mühüm töhfə verir.
Qeyd olunub ki, müəssisədə istehsal olunan məhsullar ölkə daxilində geniş satış şəbəkəsinə malikdir və alıcılar tərəfindən yüksək tələbatla qarşılanır.