SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Dövlət xətti ilə ipoteka krediti hər 6 nəfərdən 1-nin bəxtinə düşüb

Dövlət xətti ilə ipoteka krediti hər 6 nəfərdən 1-nin bəxtinə düşüb

  • 06 mart 2026, 18:08

İpoteka və Kredit Zəmanət Fondunun builki kreditləşmə üçün aktivləşdirdiyi limit çərçivəsində 13 388 nəfər müraciət edib. 

Bu barədə Yurd.Media-ya Fonddan bildirilib. 

Məlumata görə, bunun da 2 165-i qeydiyyata alınıb. Başqa sözlə, dövlət xətti ilə ipoteka krediti hər 6 nəfərdən 1-nin bəxtinə düşüb. 

O cümlədən, adi ipoteka krediti almaq məqsədilə 1 522 nəfərin (ümumi say 9 019), güzəştli ipoteka krediti almaq üçün isə 643 nəfərin (ümumi say 4 369) müraciəti qeydiyyata düşüb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları