SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Prezident 2026-cı ilin dövlət büdcəsinə “hə” dedi

Prezident 2026-cı ilin dövlət büdcəsinə “hə” dedi

  • 29 dekabr 2025, 14:22

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Gələn il büdcə gəlirlərinin 38 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7% çox), xərclərinin isə 41 703,6 milyon manat (0,7%) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 094,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 969,4 milyon manat, xərclərinin isə 48 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3% və 2,5% çoxdur.

Son nəticədə icmal büdcədə 3 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2% çoxdur.

Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları