SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bu idarə ləğv olunur

Bu idarə ləğv olunur

  • 09 fevral 2026, 13:48

Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi ləğv olunduğunu elan edib. 

Yurd.Media xəbər verir ki, İdarə bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Elanda deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 234 ünvanına bildirə bilərlər. 

Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi ləğv olunmuş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində fəaliyyət göstərir. Hazırda bu sahədə mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.

Qurum Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə yaradılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları