Bu il yanvarın 1-nə Azərbaycanda muzdla çalışan 1 808 min nəfərin 865,8 min nəfəri və yaxud 47,9 %-i dövlət sektorunun payına düşüb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,7 faiz bəndi azdır. İl ərzində dövlət sektorunda çalışanların sayı isə 1,9% azalıb.