İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 1969-cu ilin istehsalı olan S-104 dövlət nömrə nişanlı "Point Brower D" markalı gəmini satışa çıxarıb.
Bu barədə Yurd.Media-ya Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, gəmi Dövlət Sərhəd Xidmətinin balansındadır və hərrac yolu ilə satılır. Ona 230 min manat qiymət qoyulub. Hərracda iştirak etmək istəyənlər bunun 10%-ni beh kimi ödəməlidir.