SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Məcəlləşdirmə büdcə sahəsində dövlət orqanları arası münasibətlərə müsbət təsir göstərəcək - EKSPERT

"Məcəlləşdirmə büdcə sahəsində dövlət orqanları arası münasibətlərə müsbət təsir göstərəcək" - EKSPERT

Məcəlləşdirmə sadəcə dövlət idaretməsinin bu sahədə orqanlar arası münasibətlərinə müsbət təsir göstərə bilər.

Bunu Yurd.Media-ya iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanması məsələsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bu inzibatçılığı rahatlaşdırılır:

"Büdcənin hazırlanması haqqında müxtəlif normativ hüququ aktlar var. Artıq onları Məcəlləşdirməyə ehtiyac var. İnzibatçılarla əlaqədar məsələlər yüngülləşə bilər".

X.Kərimli vurğulayıb ki, bunun vətəndaşlara hər hansı təsiri olmayacaq:

"Büdcə haqqında qanunvericilik uzun müddətdir qəbul edilib və dövlət orqanlarının öz aralarında münasibətləri tənzimləmək üçün büdcənin məcəlləşdirilməsinə ehtiyac var. Yəni, Məcəlləşdirmə sadəcə dövlət idaretməsinin bu sahədə orqanlar arası münasibətlərinə müsbət təsir göstərə bilər."

İqtisadçı ekspert Xalid Kərimliİqtisadçı ekspert Xalid Kərimli

Prime Leasing