İstehlak krediti verilərkən ən yüksək məbləğ nə qədər olur?
Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupunun üzvü Natiq Xəlilov Yurd.Media-ya bildirib ki, bu, həm kreditin növündən, həm müştərinin ödəmə qabiliyyətindən həm də bankın daxili qaydalarından asılıdır.
Ekspert bəzi hallarda 70000 AZN-dən də çox kredit verilə biləcəyini vurğulayıb:
"İstehlak kreditləri üzrə limitlər adətən 300 AZN və ya daha az məbləğdən başlayaraq 50.000–70.000 AZN -ə qədər və bəzi hallarda daha yuxarı məbləğlər ola bilər".
Qeyd edək ki, İstehlak kreditinin rəsmiləşdirilməsi Mərkəzi Bankın “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” əsas götürülərək bankların daxili qiymətləndirmə meyarları nəzərə alınmaqla müştərilərin aylıq gəlirləri, cari öhdəliklərinə uyğun ödəmə qabiliyyətləri və kredit tarixcəsinə əsasən həyata keçirilir.