Azərbaycan hökuməti ölkədə iqtisadi artımın bu il 1,7% olacağını gözləsə də, Dünya Bankı bu rəqəmin 1,2% olacağını proqnozlaşdırır.
Yurd.Media xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Xatırladaq ki, bundan əvvəl Dünya Bankı 2026-cı ildə ölkədə ümumi daxili məhsulun 2% artacağını bildirmişdi.
Hökumətin ilk proqnozu isə 2,9% olub. Gələn il Dünya Bankı Azərbaycanda 1,8%, hökumət isə 2,7% iqtisadi artım gözləyir.