SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Dövlət qurumlarının hesablarındakı vəsait nə qədər azalıb?

Dövlət qurumlarının hesablarındakı vəsait nə qədər azalıb?

  • 27 may 2025, 11:00

Dövlət qurumlarının hesablarındakı vəsait 1 milyard manata yaxın azalıb.

Yurd.Media xəbər verir ki, Hesablama Palatası 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı rəyində müxtəlif dövlət qurumlarının və fondların hesablarında qalan vəsaitlərin ciddi şəkildə azaldığını açıqlayıb. Söhbət Vahid Xəzinə Hesabında yerləşən vəsaitlərin qalığından gedir.

Rəsmi məlumata görə, 2023-cü ilin sonunda bu hesablar üzrə ümumilikdə 3 milyard 441 milyon manat vəsait olubsa, 2024-cü ilin sonunda bu rəqəm 2 milyard 474,8 milyon manata düşüb. Yəni 966 milyon manat azalma qeydə alınıb.

Ən böyük azalmalar - Dövlət borcu üzrə Təminat Fondunda ( 588 milyon manat azalma), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabında (298 milyon manat azalma), Büdcə təşkilatlarının depozit və tapşırıq hesablarında (294 milyon manat azalma) olub.

Bununla yanaşı, bəzi sahələrdə - ƏDV depozit hesabında (182 milyon manat), Naxçıvan MR büdcəsində (17 milyon manat) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədli fondlarında (təxminən 10 milyon manat) artım müşahidə olunub.

Prime Leasing