SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Doktorant və tələbələrə verilən təqaüdlər artırılıb - SƏRƏNCAM

Doktorant və tələbələrə verilən təqaüdlər artırılıb - SƏRƏNCAM

  • 24 iyul 2025, 14:10

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;

orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat;

peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;

- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;

- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat.

Prime Leasing