2025-ci ildə “Bakı Gəmiqayırma Zavodu” QSC 19 milyon manat mənfəət vergisi ödəyib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,55% azdır.
“Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon manatdır.