Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində musiqi alətləri idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,4% çoxdur.
11 ayda ölkəmiz həmçinin 9 min dollarlıq musiqi alətləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə azdır.