Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu ötən il yanvarın 1-nə nisbətən 6,7% azalaraq 4 813,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, ötən ilin sonuna ölkə əhalisinin sayı 10,263 milyon nəfər təşkil edib.
Bu da o deməkdir ki, adambaşına xaricə 469 dollar borc var.