2025-ci ildə Azərbaycanın apardığı 49,423 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatlarının 4,92 milyard dollarlıq hissəsi və yaxud 9,95%-i Rusiya ilə bağlı olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, ötən il 25,043 milyard dollarlıq ixracın 1,184 milyard dollarlıq hissəsi və yaxud 4,7%-i Rusiyanın, 24,38 milyard dollarlıq idxalın isə 3,736 milyard dollarlıq hissəsi və yaxud 15,3%-i isə yenə də qonşu ölkənin payına düşüb.