2025-ci ildə Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 102,8 min manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 9,5 % çoxdur.
O cümlədən, ötən il adi ipoteka kreditlərinin orta məbləği 11,1% artaraq 110,1 min manat, güzəştli ipoteka kreditlərinin orta məbləği isə 8,4% artaraq 82,7 min manat olub.