Azərbaycandan Ermənistana ixrac həcmi 1 milyon ABŞ dollarına yaxınlaşır.
Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, 2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən il Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.
Xatırladaq ki , ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.