SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bölgələrdə kazino yaradılsa... - VİDEO

Bölgələrdə kazino yaradılsa... - VİDEO

  • 26 yanvar 2026, 14:07

Regionların inkişaf etməsi üçün kazino yaratmaq kimi dəlisov ideyalar lazımdır. Başqa yolu yoxdur.

Bunu iqtisadçı Natiq Cəfərli Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.

Onun sözlərinə görə, Las-Veqas şəhəri tarixən səhralıq bir ərazi olub:

"ABŞ-də gizli qumarxanalar var idi. Hökumət həmin qumarxanaları saxlayan 5 ailəni çağırdı, danışdı ki, infrastrukturu hazırlayır, yer ayırır belə bir şəhər tiksinlər. Nəticədə bugün Las-Veqas kimi şəhər yaranıb. Ötən il şəhərin 52 milyard dollarlıq büdcəsi olub - Azərbaycanın büdcəsindən dəfələrlə çox".

Ekspert qeyd edib ki, Bakıdan regionlara köç dəb olmalıdır:

"Onların uğur hekayələri təbliğ olunmalıdır. Yoxsa, bölgədən gəlib Bakıda kirayələrdə qalır. Səhərdən axşama kimi işləyir, qazancının yarısını da kirayələrə verirlər". 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları