SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycan bundan sonra neft pullarını hara xərcləyəcək?

Azərbaycan bundan sonra neft pullarını hara xərcləyəcək?

  • 29 oktyabr 2025, 15:12

Dövlət Neft Fondunun (ARDNF) investisiya strategiyasında texnoloji innovasiyaların və enerji keçidi proseslərinin dəstəklənməsi prioritet istiqamətdir.

Yurd.Media xəbər verir ki, bunu Fondun icraçı direktoru İsrafil Məmmədov Səudiyyə Ərəbistanının paytaxt Ər-Riyadda baş tutmuş "Future Investment Initiative 2025" (FII9) adlı beynəlxalq konfrans çərçivəsində "Yeni iqtisadi reallıqda suveren sərvət və institusional kapital" mövzusunda panel müzakirəsində bildirib.

O, suveren sərvət fondlarının qlobal kapital bazarlarında strateji rolunu vurğulayaraq, ARDNF-in investisiya fəaliyyətində dayanıqlı idarəetmə, risklərin effektiv idarə olunması və uzunmüddətli dəyər yaratmağa əsaslanan məsuliyyətli investisiya yanaşmasını diqqətə çatdırıb.

Müzakirələr suveren sərvət fondları və institusional investorların qlobal iqtisadiyyatda artan rolu, kapital axınlarının dəyişən geosiyasi şəraitdə effektiv idarə edilməsi, məsuliyyətli və dayanıqlı maliyyələşdirmə modellərinin formalaşdırılması kimi aktual məsələlərə həsr olunub.

Prime Leasing
SPE Annual Caspian