SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Bitcoin dəyərsizləşəcək? - Valyuta bazarında SON VƏZİYYƏT

"Bitcoin" dəyərsizləşəcək? - Valyuta bazarında SON VƏZİYYƏT

  • 12 may 2025, 22:26

"Bitcoin"in qiyməti bu il ilk dəfə olaraq 105 min dolları ötüb.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bu, kriptovalyuta bazarında yeni bir mərhələnin başlandığının göstəricisi sayıla bilər. "Ethereum" isə 8 faizdən çox bahalaşıb. Martın 12-nə olan məlumata görə, onun qiyməti 2 523 dollar təşkil edib.

Mütəxəssislər bu artıma ABŞ və Çin arasında iqtisadi dialoqun müsbət məcrada irəliləməsinin təsirini qeyd edirlər. Bəs investisiya aləti olaraq kriptovalyuta nə dərəcədə etibarlıdır?

İqtisadçı Xalid Kərimli bildirib ki, kriptovalyuta əmtəə bazarından daha risklidir:

"Çünki burada əsas məqamlardan biri onun daxili dəyərinin yox, əsasən mübadilə dəyərinin olmasıdır. İstənilən halda "Bitcoin" çox sürətli şəkildə dəyərsizləşə, sıradan çıxa bilər. Son illər bunun çoxlu nümunələrini görmüşük".

Mütəxəssislər sərmayə qoymazdan əvvəl bazarı dərindən araşdırmağı, maliyyə savadlılığını artırmağı tövsiyə edirlər. Çünki rəqəmsal pullar kimi, risklər də görünməzdir, amma təsiri real ola bilər.

Ətraflı süjetdə: