Zəngilanda 1 milyon manatlıq suvarma sistemi qurulacaq.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sistemi yaradılacaq.
“Aqroservis” ASC-dən bildirilib ki, bununla bağlı hazırlıq işlərinə başlanılıb.
Bildirilib ki, layihənin reallaşmasının maliyyə dəyəri 1 milyon manat proqnozlaşdırılıb.