Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yolda sürücülərin narazılığına səbəb olan çuxur meydana gəlib.
Yurd.Media xəbər verir ki, sürücülər bildiriblər ki, Şahmar Səfərov küçəsində su borusu partladığından yol qazılaraq problem aradan qaldırılıb, lakin yaranan çuxurun üstü asfaltlanmayıb:
"Güzdüz vaxtı çuxuru görüb kənardan sürmək mümkükdür, lakin axşam olduqda problem yaranır. Maşınlara da ciddi zərər dəyir.15 gündür ki, yolun vəziyyəti belədir", - deyə sürücülər "Xəzər Xəbər-ə bildiriblər.
Yoldakı problem Yeni Günəşli qəsəbəsindən Babək prospekti istiqamətində sərt döngədə yerləşdiyindən bir çox sürücünün nəzərindən yayınır. Təzəlikcə orada qəza da baş verib. Çuxur yolda tıxacın da yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlər Agentliyindən bildirilib ki, yaxın günlərdə yolun asfallanması təmin ediləcək.